Erməni müxalifət liderini döyüb xəstəxanalıq etdilər

Erməni müxalifət liderini döyüb xəstəxanalıq etdilər
  17 May 2017    Oxunub:1351
Bu gün müxalif "Yerkir Tsirani" təşkilatının rəhbəri Zaruhi Postançıyan xəstəxanaya yerləşdirilib.
AzVision.az xəbər verir ki, bu barədə Hraparak.am-a təşkilatın üzvü Ardak Melikyan bildirib. O, Postançıyanın sağlamlığında problemlərinin olduğunu qeyd edib.

Seçkilər günü polislərin zorakılığına məruz qalan müxalif liderin çiyin və bel hissəsindən zədələr aldığı bildirilir.

Xatırladaq ki, Postançıyan qızı və özünə qarşı edilən zorakılıqlardan sonra Serj Sarkisyanın devirilməsi üçün hərəkat yaradılacağını bildirmişdi. Bu bəyanatından sonra xəstəxanaya yerləşdirilməsi onun ətrafında böyük şübhələr yaradıb.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti