Ermənistanda jurnalistlərə qarşı zorakılıq davam edir

Ermənistanda jurnalistlərə qarşı zorakılıq davam edir
  17 May 2017    Oxunub:1180
Ermənistanın İstintaq Komitəsi İrəvanda keçirilən mer seçkiləri zamanı jurnalistlərə qarşı zorakılıq halları aşkar edib.
2017-ci ilin mayın 14-də "armtimes.com" internet saytında yayılan məlumatalara görə, İrəvan şəhər merinə keçirilən seçkilər zamanı 10/29 nömrəli seçki məntəqəsində sözügedən saytın jurnalistinə hücum edilib. Kimliyi açıqlanmayan şəxs zorla jurnalistin telefonunu əlindən almağa çalışıb.

Aşkar edilən zorakılıq faktına dair materiallar İstintaq komitəsinin Erebuni və Nubaraşen inzibati bölmələrinə göndərilib.

Materialların hazırlanması zamanı məlum olub ki, jurnalist Ermənistan Mərkəzi Seçki komissiyasında akkreditə edilmiş KİV nümayəndəsi olub və mayın 14-də İrəvanada keçirilən seçkiləri işıqlandırıb.

Saat 12:00 radələrində öz mobil telefonunda videogörüntü hazırlayan jurnalistə cavan bir şəxs hücum edərək onun əlindən telefonunu almağa cəhd edib və bununla da onun qanuni peşə fəaliyyətini yerinə yetirməsinə maneə olub.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti