Sarkisyanın həbs etdirdiyi siyasi məhbuslar

Sarkisyanın həbs etdirdiyi siyasi məhbuslar
  17 May 2017    Oxunub:1350
Ermənistanda siyasi repressiyalarla bağlı bəyanat yayılıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iyul hadisələri zamanı "Sasna Tsrer" qruplaşmasının siyasi tələblərinə dəstək verən, vətəndaş hərəkatını kordinasiya edən Böhran Şurasının üzvü Andrias Qukasyan qanuni fəaliyyət göstərib.

Xüsusi istintaq xidməti Andrias Qukasyana qarşı saxta ittihamlar irəli sürüb. Guya o, "Sasna Tsrer" təşkilatına qoşulmaq məqsədi ilə iyulun 29-da Sar kvartalında kütləvi iğtişaşlar təşkil edib.

"Biz Serj Sarkisyan rejimini iyulda baş verən kütləvi insan hüquqlarının pozulması və polis tərəfindən cəmiyyətə qarşı törədilən ağır cinayətlərin maskanlanması üçün aparılan ucuz yolla haqq qazandırma cəhdlərini pisləyirik.

Biz saxta işlərlə siyasi, ictimai xadimlərə, siyasi aktivistlərə qarşı, xüsusilə iyulun 29-da Sar kvartalında kütləvi ixtişaşların təşkil edilməsi və iştirakı daxilində günahlandırılan Andrias Qukasyan, Armen Martirosyan, David Hovhannisyan, Sanasaryan, Hovsep Xurşudyan, Hovhannes Qazaryan, Vahaqn Qumaşyan və Qaqik Arustamyana qarşı cinayət təqibinin dayandırılmasını tələb edirik"-deyə bəyanatda vurğulanıb.

Bəyanatı imzalayanlar:

Albert Bağdasaryan
Alek Yenikomşyan
Armenak Kyureğyan
Yeğişe Petrosyan
Tamar Hovhannisyan
Levon Barseğyan
Levon Barseghyan
Armen Hovhannisyan
Apres Zohrabyan
Qareqin Miskaryan
Suren Sahakyan

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti