Mandela evə buraxılıb

Mandela evə buraxılıb
  01 Sentyabr 2013    Oxunub:1151
Cənubi Afrikanın əfsanəvi lideri Nelson Mandela bu gün uzun müddətdir müalicə olunduğu xəstəxanadan evə buraxılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, CAR rəsmilərinin yaydığı açıqlamada vəziyyəti stabil və ağır olan Mandelanın müalicəsini evdə davam etdirəcəyi bildirilir.

Açıqlamada Mandelanın Houftondakı evinin reanimasiya şəraitinə uyğunlaşdırıldığı və burada da eyni tibbi personal tərəfindən müalicə olunacağı qeyd olunub.

Xatırladaq ki, iyunun 8-də 95 yaşlı Mandelanın səhhəti bir ay öncə keçirdiyi ağciyər əməliyyatından sonra kəskin pisləşib və qaradərili lider xəstəxanaya yerləşdirilib.

Nobel sülh mükafatçısı və hüquq müdafiəçisi Nelson Mandelanın ağciyər problemləri 27 illik həbs həyatı ilə əlaqədardır.


Teqlər:





Xəbər lenti