Ermənistanda homoseksuallar etiraz edir

Ermənistanda homoseksuallar etiraz edir
  17 May 2017    Oxunub:2243
Ermənistanın LGBT icması ölkədə cinsi dəyişikliklərə icazə verilməsini istəyir. AzVision.az xəbər verir ki, bu barədə "Yeni Nəsil" humanitar ictimai təşkilatın sədri Sergey Qabrelyan bildirib.
Onun sözlərinə görə, LGBT icması belə bir qanunun Ermənistanda qəbul edilməsi üçün hər şey edəcək.

"Hazırda biz həkimlər, hüquq müdafiəçiləri ilə birgə işləyirik ki, Ermənistanda cinsi dəyişikliyə icazə verən qanun qəbul edilsin və ya tətbiq edilən qanunlarda elə dəyişikliklər edilsin ki, cinsi dəyişikliyə icazə verilsin"- deyə Sergey Qabrielyan bildirib.

"Qanunun tərəfi" İctimai Təşkilatının sədri, hüquq müdafiəçisi Lilit Martirosyan isə vurğulayıb ki, bu gün Ermənistanda transgender şəxslərin hüquqları pozulur, çünki cinsi dəyişiliklər Ermənistanda qanunla tənzimlənmir.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Homoseksual  





Xəbər lenti