İki boksçumuz finala yüksəlib

İki boksçumuz finala yüksəlib
  17 May 2017    Oxunub:2498
Azərbaycanın iki boksçusu finala çıxıb.
AzVision.az xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Kamran Şahsuvarlı 1/2 finalda Yuness Qarrumini (Mərakeş) mübarizədən kənarlaşdırıb. Bununla da boksçumuz finala yüksəlib.

Sabah keçiriləcək finalda Kamranın rəqibi qazaxıstanlı Tursunbay Kulahmet olacaq.

Şahsuvarlının ardınca Teymur Məmmədov (91 kq) da finala vəsiqə qazanıb. Suriyalı Eldin Qoussuna 4:1 hesabı ilə qalib gələn Məmmədov finala yüksəlib.

AzVision.az


Teqlər: Boks   İslamiada  



Xəbər lenti