“Xəzər dənizi qarşıdurma məkanı deyil” – Karasin
“Rusiya hazırda bunu həyata keçirir. Çünki Xəzər qarşıdurma deyil, əməkdaşlıq üçün nümunə olmalıdır. Biz yaxşı anlayırıq ki, dünyada hazırda dinclik hökm sürmür, qeyri-müəyyənliklər meydana çıxır. Xəzər dənizi müsbət nümunə olmalıdır. Bunun üçün bütün lazımi şərait var. Biz Xəzəryanı ölkələrə çətin problemlərin həlli üçün regionda birləşməyin mümkünlüyünü göstərmək istəyirik. Belə problemlər isə mövcuddur. Buraya ekologiya, təhlükəsizliyə təhdid və fövqəladə vəziyyətlər daxildir”.
Eldar Tanrıverdiyev
AzVision.az