Milli Şura üzvlərini cəzalandıracaq

Milli  Şura üzvlərini cəzalandıracaq
  02 Sentyabr 2013    Oxunub:1193
Milli Şuranın əksər üzvləri iclaslara gəlmirlər
Sentyabrın 3-də Milli Şuranın növbədənkənar sessiyası keçiriləcək. Müsavat Partiyasının qərargahında keçirilməsi nəzərdə tutulan sessiyanın Milli Şuranın üzvü olan bir qrup funksionerin təşəbbüsü ilə çağırılacağı bildirilir.

Bildirilir ki, Milli Şuranın sessiyasının gündəliyindəki əsas məsələ prezident seçkiləri ilə bağlı olacaq və qurumun vahid namizədi Cəmil Həsənlinin namizədliyinin qeydə alınması üçün aparılan imza toplanışı kampaniyasının gedişi müzakirə olunacaq, siyasi fəallar üçün əlavə vəzifə və tapşırıqlar müəyyən ediləcək.

Bundan başqa, Milli Şura “El” hərəkatının rəhbərlərinə qarşı başladılmış repressiya dalğasına qiymət verəcək, hakimiyyətin müxalifət liderlərini siyasi motivlərlə təqib etməsinə etiraz bildirəcək.

Qeyd edək ki, Milli Şuranın sessiyalarında adətən 79-80 nəfər iştirak edir. Halbuki Milli Şuranın 129 üzvü var. Milli Şuranın bəzi üzvləri isə bəzi həmkarlarının sessiyalara qatılmamasını sayğısızlıq kimi qəbul edirlər. Əldə etdiyimiz məlumatlara görə, eyni vəziyyət növbəti sessiyada da təkrarlanacağı halda sessiya iştirakçılarının bəziləri etirazlarını ortaya qoyaraq sessiyalara mütəmadi qatılmayanların barəsində ölçü götürülməsi tələbini qaldıracaqlar.

AzVision.az


Teqlər:  





Xəbər lenti