Ermənistanda həkim parlament sədri seçildi - Yenilənib

Ermənistanda həkim parlament sədri seçildi - Yenilənib
  18 May 2017    Oxunub:2085
Ermənistan parlamentinin yeni sədri Ara Babloyan seçilib.
AzVision.az “News.am” saytına istinadən xəbər verir ki, onun lehinə 88 deputat səs verib. Ermənistan parlamentinin 105 deputatından 100-ü səsvermədə iştirak edib.

Vitse-spiker postuna isə Eduard Şarmazanov və keçmiş ədliyyə naziri Aspine Ovannisyan seçiliblər.

Qeyd edək ki, parlamentin sədri vəzifəsinə Bablonyanın irəli sürülməsi gözlənilməz olub. Çünki, onun adı namizədlər sırasında olmayıb. Bundan başqa 1991-1997-ci illərdə səhiyyə naziri olmasına baxmayaraq, Babloyan siyasi fiqur hesab edilmir.


**

Ermənistan parlamentinin yeni sədri respublikaçı, ixtisasca həkim olan Ara Babloyan olacaq.

AzVision.az xəbər verir ki, qərar hakim Respublika partiyasının Ali orqanının iclası zamanı qəbul edilib. Eyni zamanda “Respublika” partiyasından parlamentin vitse-spikerliyinə iki namizəd irəli sürlüb. Onlar Eduard Şarmazanov və Arpine Hovhannisyandır. Həmçinin parlamentin vitse-spikeri vəzifəsinə müxalif “Çiçəklənən Ermənistan” partiyası da namizədini irəli sürəcək. Artıq, müxalif partiya bu vəzifəyə dünən Mikayel Melkomyanın namizədliyini irəli sürmək qərarına gəlib.

Parlamentin sədri vəzifəsinə isə Bablonyanın irəli sürülməsi həqiqətən gözlənilməz olub. Çünki, onun adı namizədlər sırasında olmayıb. Bundan başqa 1991-1997-ci illərdə səhiyyə naziri olmasına baxmayaraq, Babloyan siyasi fiqur hesab edilmir.

Babloyanın siyasi fiqur olmaması onun namizədliyinə qəribəliklər gətirir. Bununla yanaşı onun 70 yaşla hazırkı sədr Qalust Sahakyandan bir yaş boyük olduğu da diqqətdən yayınmır. Bu o deməkdir ki, erməni parlament tərkibində heç bir cavanlaşdırma siyasəti tətbiq edilmir.

Parlamentin yeni rəhbərliyi müvəqqəti xarakter daşıyır və əsas heyət 2018-ci ilin aprel ayında formalaşacaq. Belə ki, Serj Sarkisyanın hakimiyyət səlahiyyətləri başa çatdıqdan sonra onun baş nazir kimi yenidən öz komandasını formalaşdırması gözlənilir. Ən böyük gözlənti baş nazir vəzifəsinə Karen Karapetyanın yenidən təyin ediləcəyidir.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti