“Suriyaya hücum “Əl-Qaidə”yə dəstəkdir”

“Suriyaya hücum “Əl-Qaidə”yə dəstəkdir”
  02 Sentyabr 2013    Oxunub:1258
“ABŞ-ın Suriyaya istənilən hücumu “Əl-Qaidə”yə dəstək olacaq” – rəsmi Dəməşq bildirib.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, Suriyanın xarici işlər nazirinin müavini Faysal Makdadın sözlərinə görə, kimyəvi silahı Suriya qoşunu deyil, ABŞ tərəfindən dəstəklənən silahlı qruplar tətbiq edib.

Qeyd edək ki, daha əvvəl ABŞ Dəməşqin zəhərli zarin qazından istifadə etdiyini təsdiq edən dəlillərin olduğunu bildirmişdi. Prezident Barak Obama kimyəvi silah tətbiqinə görə Dəməşqə cəza verəcəyinə söz verib, lakin məsələyə ilk növbədə Konqresdə səs verilməlidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti