Putin və Makron ilk dəfə danışdı

Putin və Makron ilk dəfə danışdı
  18 May 2017    Oxunub:1244
Rusiya prezidenti Vladimir Putin ilk dəfə Fransa prezidenti Fransua Makron ilə telefonla danışıb.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Putin Emmanuel Makronu rəsmi olaraq Fransa prezident olması, həmçinin yeni hökumətin formalaşdırılması münasibətilə təbrik edib. Tərəflər siyasi, iqtisadi – ticari, mədəni – humanitar və digər sahələrdə ənənəvi Rusiya-Fransa əlaqələrini inkişaf etdirməyə hazır olduqlarını bildiriblər”, - deyə Kreml bəyan edib.

Söhbət zamanı Putin və Makron “Normand formatı çərçivəsində” qarşılıqlı əlaqələrin vacibliyini vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Fransa  





Xəbər lenti