Sarkisyan Karapetyanı postunda saxladı

  18 May 2017    Oxunub : 365
Sarkisyan Karapetyanı postunda saxladı

Ermənistan prezidenti Serj Sarkisyanın fərmanı ilə Karen Karapetyan baş nazir təyin olunub.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, bu gün Ermənistan hökuməti istefa verib. Prezident Serj Sarkisyan hökumətin istefasını qəbul edib. Hazırkı hökumətin üzvləri yeni hökumət formalaşanadək səlahiyyətlərini icra edəcəklər.

AzVision.az

Teqlər: Ermənistan