Azadlıq prospektində qəza: ölən var

Azadlıq prospektində qəza: ölən var
  02 Sentyabr 2013    Oxunub:982
Bakıda baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, sentyabrın 2-də saat 00:45 radələrində Nəsimi rayonu Azadlıq prospektində Bakı şəhər sakini Yaqub Nağıyev idarə etdiyi "Mercedes" markalı avtomobillə Şabran rayon sakini Cavanşir Rüstəmovu vurub.

Rüstəmov aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti