Ermənistan parlamentində yeni rəhbər təyinatı

Ermənistan parlamentində yeni rəhbər təyinatı
  19 May 2017    Oxunub:1148
Ara Sağatelyan Ermənistan parlament aparatının rəhbəri təyin edilib.
AzVision.az xəbər verir ki, bu barədə "Armtimes.com"-a Respublika partiyasından seçilən deputat Hrayr Tovmasyan bildirib.

Qeyd edək ki, Ara Sağatelyan 1991-1992-cu illərdə "Borsa carçısı" qəzetinin baş redaktoru, 1997-1999-ci illərdə Moskva müasir humanitar institutunun İrəvan filialının prorektoru, 1999-2000-ci illərdə "Ermənistan Hava Yolları" şirkətinin baş direktor köməkçisi, 2001-2006-ci illərdə Ermənistanın ədliyyə nazirinin mətbuat katibi vəzifəsində işləyib.

2003-cü ildən bu günə kimi Ermənistanın Prezident Aparatında İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzində direktor kimi fəaliyyət göstərib.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti