Tramp generalı işdən qovduğuna peşman olub

  19 May 2017    Oxunub : 558
Tramp generalı işdən qovduğuna peşman olub

ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə sabiq köməkçisi, quru qoşunlarının istefada olan generalı Maykl Filinnin Ağ evə qayıdacağına ümid edir.

TASS xəbər verir ki, bu barədə “The Daily Beast” nəşri məlumat yayıb.

Donald Tramp Maykl Filinni istefaya göndərdiyi üçün peşmandır və təhqiqat başa çatdıqdan sonra onun geri dönəcəyini səmimi şəkildə güman edir”, - deyə bildirilib.

Xatırladaq ki, Maykl Filinn bu ilin yanvarında Donald Trampın milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsini tutub. Bir ay sonra “The Washington Post” qəzeti onun Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla sanksiyalar barədə danışıqlar aparması haqda xəbər dərc etdikdən sonra istefa verməyə məcbur olub.

Filinn isə öz növbəsində Rusiya səfiri ilə sanksiyalar barədə danışmadığını və 35 rusiyalı diplomatın ABŞ-dan çıxarılması məsələsini müzakirə etdiyini bildirib. Bu, formalaşdırılan Tramp administrasiyasında ilk istefa olub.

AzVision.az

Teqlər: ABŞ   Tramp