Britaniya homoseksualları Ermənistandan üstün tutdu - Siyasi qalmaqal

Britaniya homoseksualları Ermənistandan üstün tutdu - Siyasi qalmaqal
  19 May 2017    Oxunub:13831
Böyük Britaniyanın Ermənistandakı səfiriliyində krallığın bayrağının yerində LGTB icmasının bayrağı dalğalanır. AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, səfirliyin bu addımı Ermənistanda narazılığa səbəb olub.
"Qanun naminə" ictimai hərəkatının üzvləri səfirliyə gedərək bayrağın yığışdırılmasını tələb ediblər. Lakin, Böyük Britaniya səfirliyi təklifdən imtina edib.

Hərəkatın rəhbəri Arman Qukasyan buna görə Britaniya səfirliyinin Ermənistanı tərk etməli olduğunu bildirib. O, həmçinin vurğulayıb ki, 19 may saat 12:00 radələrində səfirliyin qarşısında etiraz aksiyası keçiriləcək.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   LGTB  





Xəbər lenti