Erməni polislər 30 milyondan çox pul oğurlayıb

Erməni polislər 30 milyondan çox pul oğurlayıb
  19 May 2017    Oxunub:1019
Ermənistan polisinin daxili audit şöbəsinin əməkdaşları tərəfindən Ararat vilayət şöbəsində maliyyə pozuntuları aşkar edilib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan polisinin inzibati bölmələrində 2014-2017-ci illərdə həyata keçirilən yoxlamalar zamanı polis və mühasiblər arasında qarşılıqlı razılaşma nəticəsində polislərə rüşvət ödənilməsi aşkar edilib.

Belə ki, üç il ərzində, 184 polis əməkdaşına təxminən 30 milyondan çox, 46 əməkdaşına isə 3,5 milyon dramdan bir qədər az pul verilib.

Hazırda faktla bağlı, araşdırma aparılır.

Rəziyə Arslan
AzVision.az


Teqlər: Ermənistan   Polis  





Xəbər lenti