Moldova azərbaycanlıları ÜAK-ın ləğvindən narahatdır
Bəyanatda ÜAK-la bağlı yaranmış vəziyyətə görə Moldova azərbaycanlılarının narahatlığı ifadə olunur.
Bildirilir ki, 2001-ci ildə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin dəstəyi ilə yaradılan ÜAK bu illər ərzində ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə öz töhfələrini verib. Bəyanatda həmçinin, ÜAK-ın Rusyada yaşayan azərbaycanlıların mədəni və mənəvi əlaqələrinin qurulması, onların Rusiya cəmiyyətinə inteqrasiyası istiqamətində böyük işlər gördüyü vurğulanır: “16 ildir ki, Ümumrusiya Azərbaycan Konqresinin əsas məqsədi Rusiyada millətlərarası anlaşmanı möhkəmləndirmək və Rusiya ilə Azərbaycan arasında sosial-iqtisadi və mədəni əməkdaşlığı inkişafına dəstək göstərməkdir. ÜAK Rusiya qanunları çərçivəsində fəaliyyət göstərərək dini və etnik tolerantlığın möhkəmləndirilməsinə, millətlərarası dostluğun və mədəniyyətlər arasında dialoqun dərinləşıməsinə öz töhfələrini verib” – bəyanatda belə deyilir.
Moldovanın çoxminli Azərbaycan icması Rusiya Federasiyası Ali Məhkəməsinin ÜAK-ın ləğvinə dair qərarından təəssüfləndiyni və narahatlığını bildirir.
Moldovadakı Azərbaycan diasporu hesab edir ki, bu qərar strateji partnyorluq əlaqələrinin olduğu Rusiya ilə Azərbaycanın milli maraqlarına uyğun deyil.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: ÜAK