Erməni siyasi məhbusun vəziyyəti kritikdir

Erməni siyasi məhbusun vəziyyəti kritikdir
  20 May 2017    Oxunub:1330
Ermənistanda siyasi məhbus Aram Akopyanın vəziyyəti pisdir.
AzVision.az xəbər verir ki, bu barədə News.am-a onun vəkili David Qyurcyan deyib.

Vəkil Aram Akopyanın yaddaşı ilə bağlı problemlərinin olduğunu, onun çətinliklə danışdığını deyib. Onun sözlərinə görə, müvəkkilinə mütləq tibbi yardım göstərilməlidir.

Aram Akopyan 2012-ci ildə sidik kisəsi, 2014-cü ildə isə beyin xərçəngindən əməliyyatlar keçirib.

Siyasi məhbusun vəkili bildirib ki, hazırda onda beyin iflici (insult) simptomları müşahidə olunur və getdikcə vəziyyəti daha da ağırlaşır.

Aram Akopyanın sağlamlıq vəziyyəti ilə bağlı Ermənistan hökümətinin məhbusa tibbi yardımın göstərməsi və fasiləsiz lazimi dərmanlarla təmin edilməsi üçün Avropa İnsan hüquqları üzrə məhkəməsinə müraciət edilib.

Alper Movludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Məhbus  





Xəbər lenti