“Mahmud və Məryəm”in təqdimatı nə vaxtdır?

“Mahmud və Məryəm”in təqdimatı nə vaxtdır?
  02 Sentyabr 2013    Oxunub:3138
Xalq yazıçısı Elçin Əfəndiyevin “Mahmud və Məryəm” romanı əsasında çəkilən eyniadlı filmin təqdimat vaxtı 26-30 sentyabr tarixləri arasında məlum olacaq.
Bu barədə AzVision.az-a C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov məlumat verib. Onun sözlərinə görə, təqdimat sentyabr ayına planlaşdırılsa da, dəqiq vaxtı müəyyənləşməyib.

Qeyd edək ki, “Mahmud və Məryəm” Azərbaycan və Türkiyə arasında ilk müştərək kino layihəsidir. Film romantik, dram janrında çəkilib. Filmin rejissoru Mehmet Ada Öztəkin, prodüseri isə Sevda Kayğısızdır. Mahmud rolunu Aras Bulut İynemli, Məryəm obrazını isə Eva Dedova canlandırıb. Çəkilişlərə Şəki şəhərində start verilən ekran əsərində Fəxrəddin Manafov, Məlahət Abbasova, Şamil Süleymanov, Mehmet Çevik, Tomris İncer, Kristina Krapela və digər tanınmış aktyorlar rol alıblar.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti