Milli Şura Cəmil Həsənlinin uğuruna özü də inanmır

Milli Şura Cəmil Həsənlinin uğuruna özü də inanmır
  02 Sentyabr 2013    Oxunub:1174
`Bunun adını istər "vahid namizəd", istərsə də "dublyor namizəd" qoysunlar, bu, Azərbaycan cəmiyyəti üçün elə bir əhəmiyyət kəsb etmir`.
AzVision.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov müsahibəsində `Milli şura`nın vahid namizədindən danışıb.

O, qeyd edib ki, Azərbaycan xalqının təsadüfi insanlara səs verəcəyini düşünmək belə mümkün deyil:

`Müxalifət daxilindəki proseslərə gəldikdə isə, burada mənzərə daxili ziddiyyətlərlə səciyyələnir və çaşqınlıq hökm sürür. Çaşqınlıq, əvvəla, ondan ibarətdir ki, uzun axtarışlardan sonra seçkidə iştirak etmək üçün tapdıqları namizədin seçki kampaniyasına qoşulmaq istəmədiyi, seçkiyə qatılsa belə uğur qazanacağına inam olmadığı üzə çıxdı. Tapdıqları yeni namizədin müxalifətə hər hansı bir uğur gətirəcəyinə özləri də inanmırlar`.

Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan cəmiyyəti qarşıdan gələn prezident seçkilərində səs vermək istədiyi namizədi yaxşı tanıyır, öz mövqeyini və iradəsini də dəfələrlə açıq şəkildə ifadə edib və belə olan halda digər namizədlərin uğur qazanmasına ümid yeri qalmır.




Teqlər:  





Xəbər lenti