“Qarabağ münaqişəsi tez bir zamanda həll olunmalıdır” - Avropa İttifaqı
Sənəddə, həmçinin qeyd olunub ki, 2016-cı ildə Aİ sülh və davamlı yolun əldə olunması məqsədilə Ukrayna, Gürcüstan, Moldova, Ermənistan və Azərbaycana təsir edən münaqişələr üzrə dialoqu davam etdirib.
Hesabatda bildirilib ki, 2016-cı ildə Qarabağ münaqişəsi bölgəsində ciddi gərginlik yaşanıb: “Avropa İttifaqı hər iki tərəfi atəşkəs rejiminə hörmət etməyə, ritorikanı yumşaltmağa və ATƏT-in Minsk qrupunun himayəsi altında predmet sülh danışıqlarında iştirak etməyə çağırmağa davam edir. Avropa İttifaqının xüsusi nümayəndəsinin regiona tez-tez baş tutan səfərləri Minsk qrupunun həmsədrlərini dəstəkləyir və münaqişənin dinc yolla həllində maraqlı olduğunu göstərir.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Aİ Qarabağ Azərbaycan Ermənistan