Ermənistan Belarusla hərbi danışıqlar aparır

Ermənistan Belarusla hərbi danışıqlar aparır
  20 May 2017    Oxunub:1417
Belarus silahlı qüvvələrinin Hərbi xidmət idarəsinin rəisi, polkovnik Vlandislav Budikinin və hərbi yol polisi rəisi, polkovnik Valeri Qeytsin başçılığı etdiyi nümayəndə heyəti mayın 16-dan 19-dək Ermənistanda səfərdə olub.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin hərbi polis rəisi, general-mayor Samvel Qukasyan belarus nümayəndə heyətini qəbul edib.

Görüşdə ikitərəfli əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.

Bildirilib ki, Ermənistanın müdafiə nazirinin müavini, hərbi sənaye komitəsinin sədri Davit Paxçanyanın başçılıq etdiyi nümayəndə heyəti mayın 20-dən 22-ə kimi Minskdə silahlanma və hərbi texnika "MİLEKS-2017"8-ci beynəlxalq sərgidə iştirak edəcək.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Belarus  





Xəbər lenti