Ermənilər etiraf etdi: “İtkilərimizin sayı getdikcə artır”
"Əsgər analarını sakitləşdirmkək üçün deyirlər ki, bizim ordumuz yaxşı vəziyyətdədir. Amma bu, o demək deyil ki, baş verən hadisələrə, ölümlərə bəraət qazandırmaq olar" - deyə jurnalist Marqaritaya müraciət edib.
Bu sual qarşısında çətin vəziyyətdə qalan ictimai şura sədri Ermənistan orusunda baş verən intiharları maskalamaq istəsə də, erməni əsgərlərinin təcrübəsizliyini etiraf edib.
"Ordumuzda getdikcə itkilərin sayı artır. Mən deyə bilmərəm ki, bu hadisələrin səbəbi nədir. Lakin bir məqam var. Əsgər düşməni dayandırmağa çalışan zaman ehtiyyatsız davranış nəticəsində mərmini ya özünə, ya da dostuna vurur".
Alpər Mövludoğlu
AzVision.az