İranlılar Bakıda Ruhanini prezident seçdilər

İranlılar Bakıda Ruhanini prezident seçdilər
  20 May 2017    Oxunub:8098
İranda keçirilən prezident seçkiləri ilə əlaqədar 1500-ə yaxın İran vətəndaşı bu ölkənin Bakıdakı səfirliyində səs verib.
Bu barədə AzVision.az-a İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat katibi Məhəmmədrza Nəcəfi bildirib.

Nəcəfi qeyd edib ki, səsvermədə iştirak edənlərin böyük əksəriyyəti hazırki prezident Həsən Ruhaniyə səs verib.

Qeyd edək ki, İranda keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Həsən Ruhani qələbə qazanıb. Məlumata görə, səslərin 38,914,470 milyonu sayılıb və Həsən Ruhani 22,796,468 milyon səs toplayıb.

Prezidentliyə digər əsas namizəd İbrahim Rəisi isə 15,452,194 milyon səs yığıb. Mustafa Ağa Mirsalim 455,211 min, Mustafa Haşemi – Taba 210,597 min səs toplayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İran   Seçki   Bakı   Səfirlik  





Xəbər lenti