Rəsmi nəticələr açıqlandı: Xalq Ruhanini seçdi

Rəsmi nəticələr açıqlandı: Xalq Ruhanini seçdi
  20 May 2017    Oxunub:1858
İranın hazırki dövlət başçısı Həsən Ruhani prezident seçkilərində seçicilərin 57 fazinin səsini toplayaraq yenidən prezident seçilib. AzVision.az “İRNA” ya istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Əbdürrza Rəhmani-Fəzli rəsmi nəticələri elan edərkən deyib.
Onun sözlərinə görə, 41 milyon 220 min səsvermə bülleteni sayılıb: “Həsən Ruhani 23 milyon 549 min səs ( 57 faiz), Seyid İbrahim Rəisi Sadat isə 15 milyon 786 min (38,5 faiz) səs toplayıb”.

Digər namizədlər Mustafa Mirsəlim 478 215, Mustafa Haşimitəba isə 215 450 səs toplayıb

AzVision.az



Teqlər: İran   Ruhani  





Xəbər lenti