Tramp ərəblərə 110 milyardlıq silah satacaq

Tramp ərəblərə 110 milyardlıq silah satacaq
  20 May 2017    Oxunub:7802
ABŞ prezidenti Donadl Tramp Səudiyyə Ərəbistanı ilə silah satışı və hərbi xidmətlər üzrə 110 milyard dollarlıq müqavilələr imzalayıb.
AzVision.az xəbər verir ki, Ağ evin yaydığı məlumata görə, bu müqavilələr hər iki ölkənin təhlükəsizlik sahəsində əməkdaşlığını xeyli genişləndirəcək.

ABŞ administrasiyası əməkdaşının sözlərinə görə, imzalanan müqavilələr Səudiyyə Ərəbistanının və Fars körfəzi regionunun uzunmüddətli təhlükəsizliyinə dəstək verəcək. Bundan başqa, müqavilələr ABŞ-da 10 minlərlə iş yerinin yaradılmasına da kömək edəcək.

Ağ evin nümayəndəsi Sara Sanders jurnalistlərə bildirib ki, yaxın onillikdə Səudiyyə Ərəbistanına Amerika silahı satışının həcmi 350 milyard dollara çata bilər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı hərbi xərclərə görə dünya ölkələri arasında ABŞ və Çindən sonra üçüncü yerdə qərarlaşıb.

AzVision.az


Teqlər: ABŞ   Tramp   Ərəbistan   Silah  





Xəbər lenti