Avropa Parlamenti Bakı və İrəvanla danışıqlara başlayır

Avropa Parlamenti Bakı və İrəvanla danışıqlara başlayır
  21 May 2017    Oxunub:6687
Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri David MakAllisterin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 22-dən 25-dək Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, səfər zamanı ölkə prezidentləri, parlament sədrləri, hakim və müxalifət partiyaların üzvləri, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçiriləcək.

"Avropa parlamentinin 8 üzvü son əldə edilən yeni Avropa Birliyi (AB) -Ermənistan sazişinin hazırkı mərhələdə nəticələrini, AB-Azərbaycan yeni razılaşması istiqamətində əldə olunan tərəqqi və AB-Gürcüstan münasibətlərin möhkəmləndirilməsi ilə bağlı olan məsələləri ümumiləşdirəcik",- deyə Avropa Birliyinin bəyanatında bildirilib.

Bəyanatda daha sonra qeyd edilib: "Hazırda Avropa Birliyi Ermənistan və Azərbaycanla əlaqələrin formalaşdırılmasını yeni razılaşmalar vasitəsilə nəzərdən keçirir. Ermənistanla danışıqlar son zamanlarda yekunlaşdırılıb, Azərbaycanla isə bütövlükdə danışıqlar başlayıb. Deputatların səfəri qeyd olunan razılaşmalarla bağlı hesabat və təsdiqləmələr inkişaf prosesinə fayda verəcək ki, Avropa Parlamenti tərəfindən ən geci bu il təqdim ediləcək".

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: AP   Azərbaycan   Ermənistan  





Xəbər lenti