Ermənistanda seçki pozuntuları ilə bağlı cinayət işi açılıb

Ermənistanda seçki pozuntuları ilə bağlı cinayət işi açılıb
  21 May 2017    Oxunub:1684
Ermənistanda "Azadutyun" nəşrinin yaydığı seçki pozuntuları ilə bağlı cinayət işi açılıb.
AzVision.az xəbər verir ki, Ermənistanın Baş prokurorluğu "Azadutyan"nun seçki pozuntuları ilə bağlı xəbərlərindən sonra Şenqavit inzibati rayonlarının prokurorluğu tərəfindən cinayət işinin açılması barədə məlumat yayıb.

Belə ki, "Azatutyun.am" xəbər saytında "Şirak 3 ünvanında yerləşən 52 nömrəli məktəbdə təyin edilən №8/54 saylı seçki məntəqəsində seçicilərə səsverilmiş bülletenlərin verilməsi barədə davamlı yazıların getməsi Ermənistanın polis və prokurorluq orqanlarını çətin vəziyyətə salıb.

Nəticədə, Ermənistan polisinin Şenqavit bölməsi qeyd edilən pozuntularla bağlı materiallar hazırlamağa məcbur olub.

Qeyd edəki, Ermənistanda seçki pozuntuları ilə bağlı cinayət işlərinin açılması barədə dəfələrlə məlumat verilsə də, hələ ki onların heç birində nəticə göstərilməyib.

Adil Talışxanov
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti