İran raket istehsalı proqramını dayandırmayacaq

İran raket istehsalı proqramını dayandırmayacaq
  21 May 2017    Oxunub:1726
"İran bəzi dövlətlərin əsassız narahatlığına baxmayaraq, raket istehsalı proqramını həyata keçirməyə davam edəcək"
Bu sözləri İranın müdafiə naziri general Hüseyn Dehqan söyləyib.

Nazir deyib: “İranın əsas məqsədi milli təhlükəsizliyini təmin etməkdir və buna görə də biz müdafiə qüdrətimizi artırmalıyıq”.

Mayın 17-də ABŞ Maliyyə Nazirliyinin 2 İran hərbçisinə və 2 şirkətinə qarşı sanksiya tətbiq etməsinə toxunan nazir bildirib ki, bu, ABŞ-ın İrana qarşı düşmən mövqeyindən xəbər verir.

Qeyd edək ki, ABŞ 2 İran hərbçisinə və 2 şirkətə qarşı ballistik raket istehsalında iştirak etdiklərinə görə sanksiya tətbiq edib. Sanksiyalara görə, hərbçilər ABŞ ərazisinə buraxılmayacaqlar, şirkətlər isə ABŞ və ona müttəfiq olan ölkələrlə əlaqə yarada bilməyəcəklər.

Rəsmi Tehran Vaşinqtonun bu addımına cavab olaraq 9 ABŞ vətəndaşının adını və 1 şirkətini beynəlxalq terrorçuluğu dəstəkləyənlər siyahısına salıb. (AzərTAc)

AzVision.az


Teqlər: İran   Nüvə  





Xəbər lenti