Ərdoğan AKP-nin sədri seçildi - Yenilənib
***
Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üçüncü növbədənkənar qurultayı keçirilir.
AzVision.az xəbər verir ki, “Dönüş qurultayı” Türkiyə vaxtı ilə saat 10.00-da başlayıb.
Hazırda davam edən növbədənkənar qurultayda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 998 gündən sonra yenidən AKP-nin sədri seçiləcək.
Ərdoğan 1370 nəfərim imzası ilə AKP sədrliyinə tək namizəddir.
Qeyd edək ki, konstitusiya dəyişikliyindən əvvəl Türkiyədə prezidentliyə namizədlərin partiya üzvü olması qadağan idi. Bu səbəbdən Rəcəb Tayyib Ərdoğan qurucusu olduğu AKP-dən ayrılmalı olmuşdu.
AzVision.az qurultayı canlı yayımla təqdim edir: