20 gündən sonra ukraynalıların həyatı dəyişəcək

20 gündən sonra ukraynalıların həyatı dəyişəcək
  22 May 2017    Oxunub:2578
Avropa İttifaqının (Aİ) rəsmi qəzetində Ukrayna vətəndaşlarına vizasız rejimin tətbiq olunması ilə bağlı qərarı dərc edib. AzVision.az xəbər verir ki, bununla da Ukrayna vətəndaşları 20 gündən sonra iyunun 11-dən Aİ ölkələrinə vizasız səfər edə biləcəklər.
“Geri sayım başladı! 20 gündən sonra, yəni iyunun 10-dan 11-ə keçən gecə ukraynalılar üçün vizasız rejim qüvvəyə minəcək”, - deyə Ukrayna prezidenti Pyotr Poroşenko öz “Twitter”-də yazıb.

Qeyd edək ki, mayın 17-də Strasburqda Avropa İttifaqının (Aİ) Ukrayna vətəndaşları üçün vizasız rejimin tətbiq olunmasına dair qərarın imzalanma mərasimi keçirilib. Mərasimdə Avropa Parlamentinin sədri Antonio Tayani, Aİ-yə sədrlik edən Maltanın daxili işlər və milli təhlükəsizlik naziri Karmelo Abela, Avropa Parlamentinin Ukrayna üzrə məruzəçisi Mariya Qabriel, Ukrayna prezidenti Pyotr Poroşenko və digər rəsmi şəxslər iştirak edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ukrayna   Poroşenko  





Xəbər lenti