İbrahimbəyov indi də kassasiya şikayəti verir
Bu barədə Rüstəm İbrahimbəyovun vəkili vəkil Fuad Ağayev deyib.
Avqustun 30-da Bakı Apelyasiya Məhkəməsi Rüstəm İbrahimbəyovun Mərkəzi Seçki Komissiyasının qərarından şikayətinə baxıb. Şikayət təmin olunmayıb.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası avqustun 27-də Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini təsdiqləməyib. Onun Rusiya vətəndaşı olduğu, son 10 ildə Azərbaycanda 3 ildən bir az çox yaşadığı əsas gətirilib.
Rüstəm İbrahimbəyov MSK-nın qərarının qanunsuz sayılmasını istəyir. (mediaforum)
Teqlər: