Rusiya Ermənistana pulsuz silah verəcək

Rusiya Ermənistana pulsuz silah verəcək
  22 May 2017    Oxunub:2649
Rusiya 2017-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinə silah tədarük etməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, bunu “Sputnik” agentliyinə açıqlamasında Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin direktoru Dmitri Şuqayev deyib.

Onun sözlərinə görə, 2017-ci ildə Rusiya Belarus, Qazaxıstan və Ermənistana müdafiə sənayesi məhsullarının tədarükünü davam etdirəcək: “Söhbət aviasiya texnikası, xüsusilə, hava hücumundan müdafiə sistemləri və BTR-lər, eləcə də helikopterlərdən gedir”.

Eyni zamanda KTMT-nin baş katibinin müavini Valeri Semerikovun sözlərinə görə, təşkilat yaxın illərdə çevik qüvvələrə pulsuz silahın verilməsini nəzərdə tutan planı həyata keçirə bilər.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   silah   Ermənistan  





Xəbər lenti