“New-York Times”dan sənədlərin məhvi tələb edildi

“New-York Times”dan sənədlərin məhvi tələb edildi
  02 Sentyabr 2013    Oxunub:1150
Britaniya hökuməti “New-York Times” qəzetindən ABŞ xüsusi xidmət orqanının keçmiş əməkdaşı Edvard Snoudenin yaydığı sənədlərin məhv edilməsini istəyib.
AzVision.az xəbər verir ki, Britaniya “The Guardian” qəzetinin verdiyi sənədlərin məhv edilməsi üçün “New-York Times” qəzetinin rəhbərliyinə müraciət edib. Həmin müraciət avqustun ortalarında Böyük Britaniyanın Vaşinqtondakı səfirliyində “New-York Times” qəzetinin redaktoru Cill Abramsona edilmişdi. Abramson hələ müraciətə cavab verməyib.

Daha əvvəl “The Guardian”ın redaktoru Alan Rasbricer bildirmişdi ki, qəzet məhkəmədən ehtiyat edərək iyulun 20-də Snoudendən alınmış bütün sənədlərin surətini məhv edib. İki gün sonra isə qəzet məxfi materialların bəzisini “New-York Times” və “ProPublica” qəzetinə verdiyini açıqlayır.

Keçən həftə “New-York Times” nümayəndəsi “The Guardian”dan alınan materialların dərc olunacağını təsdiq etmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti