Ermənilərin "son zəngi" çalınmayacaq

Ermənilərin "son zəngi" çalınmayacaq
  23 May 2017    Oxunub:1481
Bu il Ermənistanın bir çox məktəblərində məzunların olmaması səbəbindən "son zəng" olmayacaq.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, problem əsasən sərhədyanı vilayətlərdə mövcuddur.

Belə ki, Syunik vilayətinin bir sıra kənd məktəblərində sayları iki-üç nəfər olmaqla, demək olar ki, məzun yoxdur. Kənd bələdiyyə sədri Hrahad Nikalyan "Joğovurd" müsahibəsində Ltsen kəndində məzunların olmamasından şikayətlənib: "Kənd boşalıb, insanlar burada yaşaya bilmirlər."

Syunik vilayətinin Çapni kəndində isə məktəb yoxdur. Kəndin 7 şagirdi qonşu Yeğekdə yerləşən məktəbə gedir. Eyni vilayətin Tanahad kəndində nə məktəb var, nə də şagird. Şrvenants icmasında isə artıq 7 ildir ki, məktəb bağlanıb və ümumiyyətlə şagird yoxdur.

Hazırkı vəziyyətin Ermənistanda kəskin şəkildə artan miqrasiyadan irəli gəldiyi bildirilir.

Qeyd edək ki, bu il Ermənistanda 9-cu sinifi 7750 şagird, 12-ci sinifi isə təxminən 410 şagird bitirəcək.

İsmayıl Abbas
AzVision.az


Teqlər: Ermənistan   Məktəb  





Xəbər lenti