Ermənistanda ciddi kadr dəyişiklikləri gözlənilir

Ermənistanda ciddi kadr dəyişiklikləri gözlənilir
  23 May 2017    Oxunub:1135
Ermənistanda ciddi kadr dəyişiklikləri aparılacaq.
AzVision.az "Joğovurd" qəzetinə istinadən xəbər verir ki, 2013-cü ilin iyun ayında Vaçe Qabrielyan üçün vəzifə təmin etmək məqsədilə Tiqran Sarkisyan hökümətinin yaratdığı hökümətin rəhbər - nazir vəzifəsi ləğv ediləcək.

Hazırda həmin vəzifəni Respublika partiyası Ali orqanının üzvü David Harutyunyan tutur və bu posta ədliyyə naziri və ya baş nazir müavininin təyin edilməsi gözlənilir.

Məlumata görə, Ermənistan hökuməti ötən gün keçirilən növbədənkənar iclasında "Hökumətin strukturu haqqında" qanununa dəyişikliklər edilməsi barədə layihəni təsdiq edib. Eyni zamanda mayın 30-da parlamentin növbədənkənar iclasının çağırılması və bir sıra digər layihələrdə olan qanun layihəsinin təqdim edilməsi haqqında qərar qəbul edilib.

Yeni konstitusiya ilə nazirlərin sayının 18-ə qədər olacağı gözlənilir.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti