"Qarabağ münaqişəsi siyasi yolla həll olunmalıdır" - Mogerini

"Qarabağ münaqişəsi siyasi yolla həll olunmalıdır" - Mogerini
  23 May 2017    Oxunub:1411
Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini tam dəstəkləməkdə davam edir.
AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Brüsseldə Aİ-Ermənistan Əməkdaşlıq Şurasının iclasının yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsində status-kvo dayanıqlı deyil: “Münaqişə tez bir zamanda beynəlxalq hüquq normaları çərçivəsində siyasi yolla həll olunmalıdır”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:   Qarabağ   Ermənistan  





Xəbər lenti