"Ceyms Bond" vəfat etdi - VİDEO

"Ceyms Bond" vəfat etdi - VİDEO
  23 May 2017    Oxunub:6500
Ceyms Bond haqqında filmlərdə baş rolu ifa edən Rocer Mur 89 yaşında vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə aktyorun ailəsinin onun “Twitter” hesabında paylaşdığı məlumatda bildirilib.

Murun xərçəng xəstəliyində öldüyü deyilir. Sosial şəbəkədə yerləşdirilən məlumatda qeyd olunub ki, aktyor "Xərçənglə qısa, lakin şücaətli mübarizədən öldü".



Qeyd edək ki, Mur məşhur agenti canlandıran üçüncü aktyordur. O, agent 007-dən bəhs edən 7 filmdə - "Yaşa və ölməyə imkan ver" (1973),"Qızıl tapançalı insan " (1974),"Məni sevən casus " (1977),"Ay yarışçısı " (1979),"Yalnız sənin gözlərin üçün " (1981),"Osminoq" (1983) и "Öldürməyə baxış (1985) çəkilib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ceyms-Bond   Agent-007  





Xəbər lenti