Mançesterdəki terrorda yaralıların sayı 120-ə çatıb

Mançesterdəki terrorda yaralıların sayı 120-ə çatıb
  23 May 2017    Oxunub:1046
Mançesterdə baş verən partlayışda xəsarət alanların sayı artıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bundan əvvəl 59 nəfərin hadisədə yaralandığı deyilsə də, hazırda bu rəqəm 120-dir.

Qeyd edək ki, bu gecə "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər ölüb.

Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması üzərinə götürüb.

AzVision.az


Teqlər:





Xəbər lenti