"İsrail və Fələstin sülhə nail ola bilər"

"İsrail və Fələstin sülhə nail ola bilər"
  24 May 2017    Oxunub:1104
ABŞ prezidenti Donald Tramp hesab edir ki, israillilərlə fələstinlilər uzun müddət davam edən qanlı münaqişəni nizamlayaraq sülhə nail ola bilərlər.
TASS xəbər verir ki, Donald Tramp bu fikri İsrailə və Fələstinə səfərinin yekunlarını şərh edərkən səsləndirib.

“Sülh bağlamaq asan olmayacaq və tərəflər çətin qərarlar qəbul etməlidir”, - deyə ABŞ prezidenti bildirib.

Tramp, həmçinin hər zaman İsrailin yayında yer alacağını deyib və iki ölkə arasında ittifaqın sarsılmaz olduğunu vurğulayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp beynəlxalq turnesi çərçivəsində İsrailə və Fələstinə səfər edib.

AzVision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti