Namazov yenidən Baş Prokurorluqda

Namazov yenidən Baş Prokurorluqda
  02 Sentyabr 2013    Oxunub:1111
"El" hərəkatının sədri Eldar Namazov bu gün saat 14-də Bakı şəhər prokurorluğuna çağırılıb və hələ də prokurorluqda ifadə verir.

Bu barədə "El" hərəkatının rəhbərliyindən məlumat verilib.

Bildirilir ki, E.Namazavon istintaqa çağrılacağı hələ ötən ayın sonlarından, onun ilk dəfə dindirildiyi gündən bəlli idi.

Qeyd edək ki, "El" hərəkatı sədrini hərəkatın üzvü olmuş Əflan İbrahimovun ifadələri əsasında dindirirlər. Ə.İbrahimov əvvəlcə mətbuatda, daha hüquq-mühafizə orqanlarına bildirib ki, "El" hərəkatının toplantılarında Bakı şəhərində iğtişaş törətmək barədə müzakirələt aparılıb. Ancaq sonradan yayılan videokadrlardan görünür ki, iclaslarda təxribatçı çıxışlar edən məhz Ə.İbrahimovun özüdür. (müsavat)



Teqlər:





Xəbər lenti