Milli Şuranın London səfəri təxirə salınır?

Milli Şuranın London səfəri təxirə salınır?
  02 Sentyabr 2013    Oxunub:1015
Milli Şura rəhbərlərin sentyabrn 4-də Böyük Britaniyaya səfəri müəyyən vaxta təxirə salına bilər. Buna səbəb vizanın alınmamasıdır.

Bununla bağlı AXCP sədrinin müavini Fuad Qəhrəmanlı açıqlamasında Böyük Britanıya səfirliyindən cavab gözlədiklərini bildirdi: “Viza almaq üçün səfirliyə müraciət etmişik. Ancaq viza hələ verilməyib. Vizanın dəqiq olaraq nə vaxt veriləcəyini deyə bilmərəm. Sabah da verilə bilər. Ona görə də səfərin konkret olaraq ayın neçəsi baş tutacağını demək olmaz”.

Qeyd edək ki, Londona səfər edəcək Milli Şura üzvləri Müsavat Partiyasının başqanı İsa Qəmbər, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, El hərəkatının sədri Eldar Namazov viza almaq üçün avqustun 30-da səfirliyə müraciət ediblər.

Xatırladaq ki, Böyük Britaniya səfirliyi qeyri-məskunlaşma ilə bağlı vizanın verilməsinə 15 iş günü ərzində baxır. (virtualorg)


Teqlər:  





Xəbər lenti