Erməni spikerin 23 köməkçisi işdən çıxarılır

Erməni spikerin 23 köməkçisi işdən çıxarılır
  24 May 2017    Oxunub:1326
Ermənistan parlamentinin yeni rəhbərliyi işçi heyətinin optimallaşdırılması barədə qərar qəbul edib.
AzVision.az-ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, parlament aparatının rəhbəri Ara Sağatelyan təəccüblə bildirib ki, parlament sədrinin 23 köməkçisi və məsləhətçisi var.

Məlumatalara görə, sonuncu sədrlərdən hər biri özünə çoxlu sayda köməkçi və məsləhətçi gətirib.

İlk ixtisarların həmin şəxslər arasında aparılacağı bildirilir.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti