Samvel Babayan işi böyüyür - Qərara etiraz edildi

Samvel Babayan işi böyüyür - Qərara etiraz edildi
  24 May 2017    Oxunub:1865
Ermənistanda səs-küylü "İqla" işinə görə 3 aydır həbsdə olan Samvel Babayanın həbs müddətinin uzadılması haqda qərar etiraz doğurub. Qərardan apellyasiya şikayəti verilib.
AzVision.az xəbər verir ki, bu barədə "Haykakan Jamanak"a Babayanın vəkili Aveds Kalaşyan bildirib. Vəkil deyib ki, Apellyasiya Məhkəməsindən Babayanın azadlığa buraxılması tələb edilir.

Vəkil hazırda cinayət işi üzrə yeni məlumatın olmadığını qeyd edib. Onun sözlərinə görə, Babayanın sağlıq durumu normaldır.

Xatırladaq ki, Samvel Babayan martın 20-da Ermənistana "İqla" zenit raket kompleksinin gətirilməsi faktına görə ittiham edilərək həbs olunub.

Rəziyə Arslan
AzVision.az



Teqlər: Ermənistan   Babayan  





Xəbər lenti