Almaniya bir ildə qaçqınlarla 20 milyard xərcləyib

Almaniya bir ildə qaçqınlarla 20 milyard xərcləyib
  24 May 2017    Oxunub:1082
Almaniya 2016-ci ildə qaçqınlar üçün təxminən 20 milyard avro xərcləyib.
AzVision.az xəbər verir ki, bu barədə “Rheinische Post” qəzeti Nazirlər Kabinetinin müzakirəsinə təqdim olunacaq məruzəyə istinadla yazıb.

Qeyd olunub ki, əyalətlərin kommunal hakimiyyət orqanlarına 9,3 milyard, qaçqın statusu verilməsi üçün müraciətləri hələ baxılma mərhələsində olan miqrantların dəstəklənməsinə görə isə 5,5 milyard avro məbləğində vəsait xərclənib.

Ən böyük yardım Şimali Reyn-Vestfaliya (1,2 milyard avro), Bavariya (860 milyon) və Baden-Vürtemberqə (728 milyon) göstərilib.

AzVision.az



Teqlər: Almaniya  





Xəbər lenti