Tramp Sarkisyanın pulunu kəsdi

Tramp Sarkisyanın pulunu kəsdi
  24 May 2017    Oxunub:2644
Donald Trump administrasiyası Konqres qarşısında 2018-ci il üzrə büdcə tövsiyələrini açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın "Massis Post" nəşri məlumat yayıb.

Bildirilib ki, administrasiyanın təqdim edilmiş büdcəsinə əsasən, Ermənistana ayrılan maliyyə yardımı 20,4 milyon dollardan 6,8 milyon dollardək (67%) azaldılacaq.

Gürcüstan və Ukraynaya da maliyyə yardımının müvafiq olaraq 50 və 70% azaldılacağı planlaşdırılır.

Qeyd edək ki, daha öncə, "Foreign Policy" ABŞ hökümətinin inkişaf edən ölkələrə maliyyə yardımını azaltması haqqında məlumat yaymışdı. Ermənistana ayrılan maliyyə yardımlarının tamamilə azaldılacağı göstərilirdi.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: ABŞ   Tramp   Ermənistan  





Xəbər lenti