Britaniyada 13 terror aktının qarşısı alınıb

Britaniyada 13 terror aktının qarşısı alınıb
  24 May 2017    Oxunub:1165
Böyük Britaniya xüsusi xidmət orqanları 2013-ci ildən 13 terror aktının qarşısını alıb.
AzVision.az xəbər verir ki, bunu “Sky News” telekanalının efirində Böyük Britaniyanın daxili işlər naziri Amber Radd bildirib.

“Bizim xüsusi xidmət orqanları çox yaxşı işləyirlər. Onlar 2013-ci ildən 13 terror aktlarının qarşısını alıblar. Odur ki, hazırda Mançesterdə baş verən terrorla bağlı istintaqın detallarını hələlik açıqlaya bilmərəm”.

Qeyd edək ki, Mançesterdə baş verən terror aktında 22 nəfər ölüb, 120 nəfər yaralanıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Böyük-Britaniya  





Xəbər lenti