Papa Trampa zeytun ağacı hədiyyə etdi

Papa Trampa zeytun ağacı hədiyyə etdi
  24 May 2017    Oxunub:1633
Vatikana səfər edən ABŞ Prezidenti Donald Tramp Roma Papası Fransisk ilə görüşüb.
AzVision.az xarici KİV-lərə istinadla xəbər verir ki, Vatikanın Apostol sarayında keçirilən görüşü təxminən 30 dəqiqə davam edib. Görüşdən sonra Roma Papası Donald Trampa zeytun ağacının təsvir olunduğu medalyon hədiyyə edib. Papa hədiyyəni təqdim edərkən zeytun ağacının sülh rəmzi olduğunu bildirib.

Prezidentin həyat yoldaşı Melanya və qızı İvanka Vatikan kanonlarına görə qara libas geyinib və başlarını yaylıqla örtüblər.

Trampın proqramında növbəti səfəri Kvirinal sarayına olacaq və o, burada İtaliya prezidenti Serco Mattarella ilə, Amerika səfirinin iqamətgahında isə Baş nazir Paolo Centiloni ilə görüşəcək.

AzVision.az


Teqlər: ABŞ   Tramp   Papa  





Xəbər lenti