Mançesterdəki terrora görə daha üç nəfər həbs edilib

Mançesterdəki terrora görə daha üç nəfər həbs edilib
  24 May 2017    Oxunub:2548
Mançesterdə konsert zamanı baş verən terror aktı ilə bağlı daha üç nəfər həbs edilib. AzVision.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Böyük Mançesterin polisi məlumat verib.
Bununla da saxlanılan şəxslərin sayı dörd nəfərə çatıb. Həbs olunanlardan biri terrorçu-kamikadze olduğu iddia edilən Salman Abedinin qardaşıdır.

Qeyd edək ki, mayın 22-i İngiltərənin Mançester şəhərində konsert zamanı terror aktı törədilib. Baş verən partlayış nəticəsində 22 nəfər ölüb, 120-ə yaxın insan yaralanıb. Polis hadisəni terror aktı kimi qiymətləndirib. Terror aktının
terrorçu kamikadze tərəfindən törədildiyi bildirilir.
Terrror aktı “Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konserti zamanı baş verib. Müğənni xəsarət almayıb.

Bu, 2005-ci ildə London metrosunda törədilən və 50 nəfərin ölümünə səbəb olan terror aktından sonra ən böyük terror hücumudur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Mançester  





Xəbər lenti